Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatının ilk günündə “Neftçi” İdman Klubunun yığma komandanın heyətində yer alan təmsilçiləri bir medal qazanıblar. Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məhəmməd Musayev mundialın bürünc mükafatına sahib olub. O, üçüncü yer uğrunda qarşılaşmada rusiyalı İslam Sultiqova qalib gəlib.
Qeyd edək ki, dünya birinciliyinə noyabrın 22-də yekun vurulacaq.


