Heydər Əliyev adına İdman Sarayında akrobatika gimnastikası üzrə 30-cu ölkə çempionatı və Bakı birinciliyi keçirilib. Yarışda gimnastlar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qrupu kateqoriyalarında balans və temp hərəkətləri üzrə, eləcə də qarışıq hərəkətlərdən ibarət kompozisiyalarla çıxış ediblər.
Uşaqlar arasında təşkil olunan yarışda “Neftçi” İdman Klubunun gimnastlarından Milana Salmanova və Zəhra Fəzaidən ibarət qadın cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məryam Baxışzadə-Sevinc Niftalıyeva cütlüyü gümüş, Rahilə Şirəliyeva və Lalə Qarazadədən ibarət cütlük isə bürünc medala sahib olub.
Balacalar arasında keçirilən yarışda isə Nigar Cabbarlı-Fatimə Ağayeva qadın cütlüyü üçüncü yeri tutub.

