“Neftçi” İdman Klubunun qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında uğurlu çıxış edib. Finala qədər maneəsiz irəliləyən xanım idmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğlu üzərində inamlı qələbə qazanaraq Avropa çempionatının qızıl medalına sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun böyük uğura imza atan yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60) gümüş, Rəşad Məmmədov (55 kq) isə bürünc medal qazanıb.Qadın güləşçimiz Ruzanna Məmmədova (59 kq) isə üçüncü yeri tutub.