Şağan Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə Bakı şəhər çempionatına yekun vurulub.
”Neftçi” İdman Klubunun təmsilçiləri yarışı 11 medalla (3 qızıl, 5 gümüş, 3 bürünc) başa vurublar.
Sərbəst güləşçilərimizdən Rübail İbrahimli (70 kq), Vüsal Əliyev (74 kq) və Səttərxan Allahverdili (86 kq) bütün görüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlubiyyət acısı yaşayan İsmayıl Rəhimli (70 kq) ilə Ömər Gülməmmədov (74 kq) gümüş, Elman Məmmədov (61 kq) və Sahib Dadaşov (79 kq) isə bürünc medal qazanıblar.
Klubumuzun yunan-Roma güləşçilərindən Fərid Hümbətov (60 kq), Cəsur Mehdiyev (67 kq) və Nihat Məmmədli (72 kq) paytaxt çempionatını ikinci, İlkin Həmzəyev (72 kq) isə üçüncü pillədə başa vurub.