“Neftçi” İdman Klubunun güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatının sonuncu günündə daha 2 medala yiyələniblər. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışda yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (60 kq) məğlubiyyət tanımayaraq mundialın qızıl medalına sahib olub. Qurban Qurbanov (77 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, daha əvvəl klubumuzun güləşçiləri mötəbər yarışın 7 qızıl, 1 gümüş və 3 bürünc medalını qazanıblar.