Türkiyənin Antalya şəhərində iyirmi yaşadək (U-20) güləşçilər arasında keçirilən “Çempionlar” turnirinə yekun vurulub.
“Neftçi” İdman Klubunun yığma komandalarımızın heyətində təmsil olunan güləşçiləri ənənəvi turnirin 6 medalına (2 qızıl, 1 gümüş, 3 bürünc) yiyələniblər.
Sərbəst güləşçilərimizdən Musa Verdiyev (65 kq) finala qədər irəliləsə də, həlledici görüşdə məğlub olub və gümüş medala layiq görülüb. Ramik Heybətov (70 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıblar.
Qadın güləşçilərin mübarizəsində Əsmər Cankurtaran (53 kq) və Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi adını qazanıblar.