Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında “Jaksılık Uşkempirov” beynəlxalq turniri keçirilib. Yarışda 10 ölkənin idmançıları medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan yunan-Roma güləşçiləri turnirin 5 medalına (2 qızıl, 1 gümüş, 2 bürünc) sahib olublar. Onlardan Fəraim Mustafayev (67 kq) və Davud Məmmədov (77 kq) bütün görüşlərdən qalib ayrılaraq qalib adını qazanıblar. İsmayıl Rzayev (82 kq) gümüş, Təvəkkül Həziyev (67 kq) və Kənan Abdullazadə (77 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçirilən “Yaşar Doğu və Vehbi Əmrə” turnirində isə digər yunan-Roma güləşçimiz Ziya Babaşov (63 kq) fəxri kürsünün ikinci pilləsində yer alıb.