“Neftçi” İdman Klubunun güləşçiləri Qazaxıstanda keçirilən Türk Dövlətlərinin Universiadasında 5 medala sahib olublar.
Sərbəst güləşçilərimizdən Camal Abbasov (61 kq) və Sabir Cəfərov (70 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Aydın Əhmədov (125 kq) isə gümüş medala layiq görülüb.
Yunan-Roma güləşçilərimizdən Sərxan Məmmədov (130 kq) yarışın qalibi adını qazanıb. Davud Məmmədov (77 kq) isə Universiadanın bürünc medalı ilə kifayətlənib.