Martın 12-də Şağan Olimpiya İdman Kompleksində start götürmüş güləş üzrə U-15 Azərbaycan birinciliyi başa çatıb.Yarışda “Neftçi” İdman Klubunun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər.Sərbəst güləşçilərimizdən Fərid Hüseynli (48 kq) rəqib tanımayaraq respublika çempionu olub. Digər təmsilçimiz Asim Əliyev (57 kq) isə gümüş medala layiq görülüb.Yunan-Roma güləşçilərinin mübarizəsində Qurban Məcnunov (41 kq) qızıl medala yiyələnib. Yalnız həlledici final görüşündə məğlub olan İbrahim Babayev (62 kq) gümüş medal qazanıb. Elnur Babazadə (48 kq), Eldəniz Allahverdiyev (52 kq), Renat Xeyirov (62 kq) və Əbülfəz Fərəcli (72 kq) isə ölkə birinciliyini üçüncü pillədə başa vurublar.