• İyun 10, 2025
  • Redactor Neftchi
  • 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa birinciliyi davam edir. İkinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçisi Rihad İbrahimli (110 kq) inamla mübarizə apararaq finala qədər irəliləyib. O, həlledici görüşdə bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İdmançımız rəqibi üzərində “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.

Digər təmsilçimiz Qurban Məcnunov (48 kq) isə üçüncü yer uğrunda qarşılaşmada yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabı ilə məğlub edib və bürünc medala layiq görülüb.