Güləşçilərimiz U-20 Şağan Olimpiya İdman Kompleksində iyirmi yaşadək güləşçilər arasında (U-20) Bakı şəhər birinciliyi keçirilib.“Neftçi” İdman Klubunun yetirmələri yarışın 7 medalına yiyələniblər. Sərbəst güləşçilərimizdən Zamin Məmmədov (61 kq), Heydər Seyidov (74 kq), Abdulla Şərif (86 kq) və Vüqar Həsənov (92 kq) bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlubiyyətə uğrayan Fəqan Mustafayev (70 kq) gümüş, Ağa Qasımov (65 kq) isə bürünc medala layiq görülüb. Yunan-Roma güləşçilərimizdən isə 63 kiloqram şəki dərəcəsində mübarizə aparan Vüsal Quluzadə paytaxt birinciliyini ikinci pillədə başa vurub.