Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tiranada iyirmi üç yaşadək güləşçilər (U-23) arasında keçirilən dünya çempionatı başa çatıb.
“Neftçi” İdman Klubunun yığma komandalarımızın heyətində yer alan təmsilçiləri əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, güləşçilərimiz inamla mübarizə apararaq mundialın 5 medalına (2 gümüş, 3 bürünc) sahib olublar.
Klubumuzun sərbəst güləşçilərindən Zirəddin Bayramov (65 kq) gümüş, Abdulcəlil Şabanov (92 kq) isə bürünc medala layiq görülüb.
Yunan-Roma güləşçilərimizdən Xasay Həsənli (77 kq) dünya ikincisi olub. Fərid Sadıxlı (55 kq) və Sərxan Məmmədov (130 kq) isə mötəbər yarışı bürünc medalla başa vurublar.