• Noyabr 21, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə inamla çıxış edərək bir dəst medala yiyələniblər.

Təmsilçilərimizdən Arseniy Djioyev (86 kq) finalda rəqibi Xıdır Saypudinova (Bəhreyn) 5:1 hesabı ilə qalib gəlib və qızıl medala sahib olub. Ağanəzər Novruzov (74 kq) ikinci, Giorgi Meşvildişvili (125 kq) isə üçüncü yeri tutub.