Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turniri keçirilib.Yarışda 24 ölkədən 433 idmançı qalib adı uğrunda mübarizəyə qoşulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri turnirdə 6 medal (3 qızıl, 1 gümüş, 2 bürünc) qazanıblar.
Sərbəst güləşçilərimizdən Ruslan Abdullayev (65 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Yunan-Roma güləşçilərindən Ruslan Nurullayev (77 kq) və Tuncay Vəzirzadə (87 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sərxan Məmmədov (130 kq) gümüş, Nihat Məmmədli (63 kq) və Beka Kandelaki (130 kq) isə bürünc medal əldə ediblər.




