
“Neftçi” İdman Klubunun qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya birinciliyində inamla mübarizə apararaq gümüş medala sahib olub. Altmış iki kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız həlledici final qarşılaşmasında çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq), qadın güləşçilərdən isə Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.