
Yunanıstanın paytaxtı Afinada güləş üzrə U-17 dünya birinciliyi davam edir.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) mundialın bürünc medalını qazanıb. Təmsilçimiz ilk görüşdə amerikalı Tales Silvaya 6:3 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. O, bu mərhələdə gürcüstanlı Saba Abaşidzeni 9:6 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. İdmançımız yarımfinalda qırğızıstanlı Nurkerim Kumarbekova 0:7 hesabıyla məğlub olub. Abdurrahman Hüseynli bürünc medal uğrunda qarşılaşmada ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək dünya üçüncüsü olub.