• Avqust 2, 2025
  • Redactor Neftchi
  • 0

Yunanıstanın paytaxtı Afinada güləş üzrə U-17 dünya birinciliyi davam edir.

Bu gün “Neftçi” İdman Klubunun sərbəst güləşçisi Hakim Tağıyev (110 kq) təsəlliverici görüşdə ermənistanlı Laert Movsesyana heç bir şans tanımayıb – 13:4. İdmançımız üçüncü yer uğrunda görüşdə bolqarıstanlı Stefan Stefanova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medala layiq görülüb.