Azərbaycan Macarıstanın Dyör şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında daha bir medal qazanıb. Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv oğlanlar arasında keçirilən komanda yarışlarında bürünc mükafata yiyələnib. Yığmamız 10 metr məsafəyə atəşaçma yarışında bu uğura nail olub.Qeyd edək ki, milli komandanın heyətində yer alan atıcılardan Vladislav Kalmıkov və İmran Qarayev “Neftçi”İdman Klubunun təmsilçiləridir.Xatırladaq ki, daha əvvəl klubumuzun yetirmələri Leyli Əliyeva və Vladislav Kalmıkov qitə birinciliyində üçüncü yeri tutublar.