Bakı Atıcılıq Mərkəzində Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XVII Bakı şəhər turnirinə yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçilərindən 10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) Elvin Astanov kişilər arasında 565 xal toplayaraq üçüncü olub. U-21 gənclərin mübarizəsində Vladislav Kalmıkov 574 xalla qalib adını qazanıb. U-19 gənclər arasında İmran Qarayev (562 xal) qızıl, Oleq Kerjankin (558 xal) isə gümüş medala sahib olub. Leyli Əliyeva 568 xalla qızların yarışında liderliyə yüksəlib. Xalidə Əliyeva (550 xal) isə ikinci yeri tutub. U-16 yeniyetmələrin mübarizəsində Daniel Kalmıkov (257xal) bürünc medal əldə edib. Xanım idmançılardan Mələk Müzəffərova (272 xal) ikinci, Mədinə Zəkərəyeva (266 xal) isə üçüncü yerə çıxıb.
Qarışıq komanda yarışında isə (PTÇ-3M) Leyli Əliyeva və Elvin Astanovdan ibarət cütlük (560 xal) turnirin gümüş medalına layiq görülüb.