Almaniyanın Dortmund şəhərində keçirilən ISAS-2024 beynəlxalq turnirində 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışında atletlərimiz Xanna Əliyeva və Elvin Astanovdan ibarət cütlük uğurla çıxış edərək gümüş medala sahib olub.
Qeyd edək ki, Elvin Astanov “Neftçi” İdman Klubunun təmsilçisidir.