Qızlardan ibarət Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya birinciliyində gümüş medal qazanıb. Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət yığma 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında uğurla çıxış edərək fəxri kürsünün ikinci pilləsində yer alıb.
Qeyd edək ki, Leyli Əliyeva “Neftçi” İdman Klubunun yetirməsidir.
Onu da əlavə edək ki, oktyabrın 7-də başa çatacaq yarışda 51 ölkədən 566 idmançı mübarizə aparır.