Güllə atıcılığı üzrə Bakı Çempionatına yekun vurulub. Bakı Atıcılıq Mərkəzində keçirilən və üç gün davam edən yarışda 100-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun atıcıları paytaxt çempionatının 4 medalına sahib çıxıblar. 10 metr məsafəyə pnevmatik tapançadan (PTÇ-3) çalışmada təmsilçilərimizdən Oleq Kerjankin 563 xalla gümüş medal qazanıb. Vladislav Kalmıkov isə üçüncü yerə çıxıb. Eyni növ və məsafədə Xanna Əliyeva (573 xal) qadınlar arasında gümüş medala yiyələnib. Xanım idmançımız qarışıq komanda yarışında isə üçüncü olub.



