
Güllə atıcılarımız Bakı çempionatında 5 medala sahib olublarGüllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilib. Bakı Atıcılıq Mərkəzində baş tutan yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Yarışlarda müxtəlif yaş kateqoriyalarında 100-ə yaxın idmançı çıxış edib.
10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) “Neftçi” İdman Klubunun yetirmələrindən Elvin Astanov (568 xal) birinci, İmran Qarayev (558 xal) isə ikinci yeri tutub.
Qarışıq komanda yarışmasında (PTÇ-3M) Leyli Əliyeva və Elvin Astanovdan ibarət cütlük (569 xal) gümüş medal qazanıb. Mədinə Zəkərəyeva-İmran Qarayev cütlüyü (552 xal) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
50 metr məsafəyə atəşaçmada (KÇTÇ-4) isə Elvin Astanov (537 xal) gümüş medala layiq görülüb.