Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Federasiya Kuboku keçirilib.
Yarışda “Neftçi” İdman Klubunun təmsilçilərindən Vladislav Kalmıkov və Leyli Əliyeva qızıl medal qazanıblar. Oleq Kerjankin ikinci, Xanna Əliyeva isə üçüncü yeri tutub.
Qarışıq komanda yarışında Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva və Elvin Astanovdan ibarət cütlük isə bürünc medala layiq görülüb.







