Stend və güllə atıcılığı üzrə Azərbaycan kuboku keçirilib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda respublikada fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətlərini təmsil edən 50-dən çox atlet bacarığını nümayiş etdirib. Kişilər, qadınlar, oğlanlar, qızlar arasında stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi yarışlar, qarışıq komanda yarışları, eləcə də güllə atıcılığı üzrə kişilər, qadınlar, oğlanlar, qızlar arasında müxtəlif növlər üzrə qaliblər müəyyənləşib.”Neftçi” İdman Klubunun güllə atıcıları turnirin 2 qızıl və 4 gümüş medalını qazanıblar. Gənc arasında Leyli Əliyeva pnevmatik tapançadan 10 metr məsafəyə çalışmada 569 xal toplayaraq ölkə kubokunun qalibi olub. O, 25 metr məsafəyə atəşaçmada (KÇTÇ-3) isə 556 xalla gümüş medala layiq görülüb. Vladislav Kalmıkov (524 xal) isə oğlanların mübarizəsində ikinci yeri tutub. İmran Qarayev 10 metr məsafəyə çalışmada (PTÇ-3) gümüş medala yiyələnib.Elvin Astanov isə kişilər arasında 10 metrdə (PTÇ-3, 566 xal) ikinci, 50 metrdə (KÇTÇ-4, 540 xal) isə birinci yeri tutub.