
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya Turnirinə yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçisi Gültac Məmmədəliyeva yarışda əzmlə mübarizə apararaq mükafata layiq görülüb. Əlli iki kiloqram çəki dərəcəsində çıxış edən xanım cüdoçumuz bütün rəqiblərini məğlub edib və turnirin qızıl medalını qazanıb.