• İyul 3, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun qadın güləşçisi Günay Qurbanova (59 kq) İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa birinciliyində inamla çıxış edərək böyük uğura imza atıb. Xanım idmançımız həlledici final qarşılaşmasında türkiyəli rəqibi Sevim Akbaş üzərində 7:1 hesablı qələbə qazanıb və Avropa birinciliyinin qızıl medalına sahib olub.

Qeyd edək ki, klubumuzun digər təmsilçisi Ruzanna Məmmədova da finala yüksəlib. Onun finaldakı rəqibi almaniyalı Leoni Steyqert olacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanmışdı.