ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatı davam edir.
Azərbaycan millisinin heyətində yer alan “Neftçi” İdman Klubunun qadın güləşçisi Günay Qurbanova (59 kq) nüfuzlu yarışda inamlı mübarizə apararaq finala yüksəlib. Təmsilçimiz həlledici qarşılaşmada ukraynalı Alina Filipoviçlə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən rəqib qalib elan olunub. Bununla da idmançımız mundialı ikinci pillədə başa vuraraq gümüş medala sahib olub.
Xatırladaq ki, daha əvvəl klubun yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb.
