“Neftçi” İdman Klubunun təmsilçiləri Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında uğurlu çıxışlarını davam etdirirlər. Qadın güləşçilərimizdən
Ruzanna Məmmədova (59 kq), sərbəst güləşçilərimizdən isə Orxan Abbasov (79 kq) və İbrahim Yusubov (92 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) isə bürünc medala layiq görülüb.