• Dekabr 3, 2025
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci il dekabrın 1-nə olan reytinq cədvəlini təqdim edib.
İlk onluqda yer alan atletlərin səkkizi “Neftçi” İdman Klubunun təmsilçiləridir. Birinci pillədə 480 xalla yunan-Roma güləşçimiz Həsrət Cəfərov qərarlaşıb. Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (460) isə ikinci yeri tutub. Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal) dördüncü, Elcan Hacıyev (cüdo, 370 xal) beşinci, Arseniy Djioyev (sərbəst güləş, 340 xal) yeddinci, Zelim Tçkayev (cüdo, 330 xal) səkkizinci, Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) doqquzuncu, Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) isə onuncu sırada yer alıb.