Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan idmançılarının 2026-cı ilin aprel ayı üçün reytinq cədvəli açıqlanıb.
Sevindirici haldır ki, ilk onluqda yer alan idmançılardan səkkizi, ilk üçlükdə qərarlaşan atletlərdən isə ikisi “Neftçi” İdman Klubunun təmsilçiləridir. Belə ki, siyahıya klubumuzun yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir, sərbəst güləşçimiz Giorgi Meşvildişvili (460 xal) isə ikinci sırada qərar tutub. Digər idmançılarımızdan Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal) dördüncü, Elcan Hacıyev (cüdo, 370 xal) beşinci, Murad Əhmədiyev (yunan-Roma güləşi, 320 xal) altıncı, Zelim Tçkayev (cüdo, 320 xal) yeddinci, Arseniy Djioyev (sərbəst güləş, 320 xal) səkkizinci, Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) isə onuncu pillədə qərarlaşıb.
