“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirində mükafatçılar arasında yer alıb. Altmış beş kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən pəhləvanımız üçüncü yer uğrunda qarşılaşmada meksikalı Austin Qomeslə üz-üzə gəlib və rəqibini 12:3 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.