Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə açıq Avropa çempionatı davam edir.”Neftçi” İdman Klubunun 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçusu Hidayət Heydərov mötəbər yarışın bürünc medalına yiyələnib. İdmançımız üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili ni məğlubiyyətə uğradıb.