“Neftçi” İdman Klubunun cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medala layiq görülüb.
İdmançımız üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı Anton Şuxaliyevə qalib gəlib və fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
