• Oktyabr 30, 2026
  • Redactor Neftchi
  • 0

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində “Neftçi” İdman Klubunun təmsilçisi Hidayət Heydərov (73 kq) bürünc medala sahib olub. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Böyük Britaniyanı təmsil edən İrakli Qoqinaşviliyə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl klubun idmançılarından Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) turnirin qızıl medalını qazanıblar.