• Avqust 3, 2025
  • Redactor Neftchi
  • 0

Yunanıstanın paytaxtı Afinada güləş üzrə U-17 dünya birinciliyi davam edir.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan sərbəst güləşçisi Hüseyn İsmayılov (65 kq) inamla mübarizə apararaq finala qədər irəliləyib. İdmançımız həlledici görüşdə amerikalı Arseni Kikinyovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn Hüseyn İsmayılov dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl klubumuzun digər sərbəst güləşçisi Hakim Tağıyev (110 kq) və yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) mundialın bürünc medalına sahib olublar.