Respublika Olimpiya Mərkəzində 2009-2010 cu illər təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan qış birinciliyi keçirilib. “Neftçi” İdman Klubunun təmsilçilərindən Marqarita Qornostayeva nüvəitələmə üzrə qızlar arasında təşkil olunan yarışda 6,82 metr nəticə göstərərək bürünc medal qazanıb. Oğlanların mübarizəsində İbrahim Bəndərli nüvəitələmə (9,64 metr), Bülbül Babayev isə hündürlüyə tullanma (1,40 metr) yarışında eyni uğura imza atıb.