• Dekabr 26, 2025
  • Redactor Neftchi
  • 0

Azərbaycan Texniki Universitetinin İdman Sarayında budo döyüş növləri üzrə açıq çempionat keçirilib. Dünya Oyunlarına seçmə xarakterli yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Hindistan və İran təmsilçiləri də mübarizə aparıblar.
“Neftçi” İdman Klubunun yetirmələri müxtəlif yaş qrupları üzrə free kontakt növündə uğurla çıxış ediblər. İdmançılarımızdan Hüseyn Fətəliyev (55 kq), Nihad Mustafayev (60 kq), Şahin Məmmədov (60 kq), Rüfət Əlili (65 kq) və İbrahim Məmmədov (70 kq) bütün döyüşlərdən qalib ayrılaraq qızıl medala sahib olublar. Ramil Əhmədli (35 kq) və Əli Ələsgərov (60 kq) ikinci, Ramil Mustafayev (80 kq) isə üçüncü yeri tutub.