Avropa Oyunları Parkında keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçilərindən Mədinə Qasımova (65 kq) on yeddi yaşadək (U-17) qızlar arasında təşkil olunan yarışda bürünc medala layiq görülüb.
Böyuklər arasında keçirilən yarışda Rübail İbrahimli (70 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərid Cabbarov (90 kq) isə gümüş medala sahib olub.
Xatırladaq ki, daha əvvəl on yeddi yaşadək (U-17) oğlanların mübarizəsində klubumuzun yetirmələrindən Ruslan Vəliyev (80 kq) qızıl, Ömər Əliyev (80 kq) gümüş, İlyas Ağazadə (60 kq) isə bürünc medal qazanıb.
