Sumqayit Təlim-İdman Zalında döyüş növləri üzrə yarış keçirilib. Azərbaycan Gənclər Fondunun dəstəyi və “Neftçi” İdman Klubunun tərəfdaşlığı ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası və El-1 idman liqasının birgə təşkil etdiyi “Sağlam gəncliyi gələcəyə daşıyaq” layihəsi çərçivəsində keçirilən yarışda 6 komanda (“Neftçi-Bakı”, “Neftçi-Sumqayıt”, Astara, Masallı, Suraxanı və Yevlax) iştirak edib.Gərgin mübarizə şəraitində keçən turnirdə “Neftçi-Sumqayıt” komandası 2 qizil, 2 gümüş və 4 bürünc medala sahib olub. “Neftçi-Bakı” komandası isə yarışı 1 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub.