Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və böyüklər arasında kəmər güləşi üzrə ölkə çempionatı keçirilib. Abşeron Olimpiya İdman Kompleksində reallaşan yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından güləşçilər qüvvəsini sınayıb.
“Neftçi” İdman Klubunun yetirmələri yarışın 6 medalını (4 qızıl, 1 gümüş, 1 bürünc) əldə ediblər. Yeniyetmə idmançılarımızdan Nuhan Müzəffərov (55 kq), Ramil Malıyev (65 kq) və Fərid Əliyev (71 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Böyüklər arasında Cəsur Mehdiyev (75 kq) qızıl medala sahib olub. Mehdi Hacıyev (82 kq) ikinci, Əli Qasımov (75 kq) isə üçüncü yeri tutub.