• Avqust 27, 2026
  • Redactor Neftchi
  • 0

Professor Xanlar Qurbanovun xatirəsinə həsr olunmuş milli güləş üzrə ölkə turniri başa çatıb. Bakı İdman Sarayında keçirilən yarışda respublikanın müxtəlif bölgələrindən 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

“Neftçi” İdman Klubunun güləşçiləri turnirdə hər üç əyardan medal qazanıblar. Onlardan Tuncay Vəzirzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə məğlub olan Abdulla Şərif (+90 kq) gümüş, Xəlil Murzayev (90 kq) isə bürünc medala layiq görülüb.