“Sərhədçi” İdman Mərkəzində qraplinq üzrə Avrasiya çempionatı keçirilib. Mötəbər yarışda regionun ən güclü idmançıları bir araya gəlib.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışda böyük əzmkarlıq nümayiş etdirərək 8 medala (2 qızıl, 3 gümüş, 3 bürünc) sahib çıxıblar.
İdmançılarımızdan Emin Acalov (34 kq) və İlham Haqverdiyev (100 kq) Avrasiya çempionatının qalibi olublar. Zaman Şahlamazov (34 kq), Ümid Qəhrəmanov (55 kq) və Halay Quliyev (84 kq) gümüş medala yiyələniblər. Digər idmançılarımız – Səməd Nəcəfov (32 kq), Davud Babayev (60 kq) və İkram Şeydayev (70 kq) isə çempionatı üçüncü pillədə başa vurublar.







