• May 12, 2026
  • Redactor Neftchi
  • 0

Litva Respublikasının Vilnüs şəhərində K-1 həvəskarlar üçün Açıq Litva Çempionatı keçirilib.

Yarışa “Neftçi” İdman Klubunun 3 təmsilçisi qatılaraq mükafata sahib çıxıb. Onlardan Rais Fərəcov (57 kq) turnirin qalibi adını qazanıb. Rəşid Rəşidli (81 kq) yalnız final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. Ağabala Məmmədli (91 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.