
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 dünya birinciliyi keçirilib. Yarışda 26 ölkədən 170 idmançı qalib adı uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri mundialın 2 qızıl medalına sahib olublar.
Xanım idmançımız Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bununla da o çimərlik güləşində qızlar arasında ilk dünya çempionumuz kimi adını tarixə yazdırıb.
Digər idmançımız Nihad Süleymanlı (80 kq) da eyni uğura imza atıb. Yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisini məğlubiyyətə uğradan təmsilçimiz dünya birinciliyinin qalibi olub.