“Neftçi” İdman Klubunun qılıncoynadanı Zərifə Hüseynova III MDB Oyunlarında mükafatçılar arasında yer alıb. Gəncə İdman Sarayında keçirilən yarışda idmançımız qılıncoynatmanın sablya növündə mübarizə aparıb və turnirin gümüş medalını qazanıb.

Qeyd edək ki, daha əvvəl samboçularımız MDB Oyunlarında 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), güləşçilərimiz 7 medala (1 qızıl, 4 gümüş, 2 bürünc) sahib olublar. Boksçularımız isə 4 bürünc medala yiyələniblər. Digər boksçumuz Səfdər Məmmədzadə isə bu gün final görüşünə çıxacaq.