• Mart 4, 2025
  • Redactor Neftchi
  • 0

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında pauerliftinq və benç-press üzrə ölkə çempionatı keçirilib.

“Neftçi” İdman Klubunun təmsilçisi Azər Əliyev (120 kq) benç-press üzrə mübarizədə 213 kiloqram ağırlığın öhdəsindən gəlib və qızıl medala sahib olub. İdmançımız mütləq çəkidə də eyni uğura imza ataraq Azərbaycan çempionu olub.