
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında dörddəbir final mərhələsinə yekun vurulub.
Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə “Neftçi” İdman Klubunun 5 boksçusu – Aylin Nəzərova (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), İsmayıl Vəliyev (80 kq) və Səftər Məmmədzadə (+80 kq) yarımfinalda çıxış edəcək.
Xatırladaq ki, daha öncə samboçularımız MDB Oyunlarının 1 qızıl, 1 gümüş və 1 bürünc medalını qazanıblar.
Qeyd edək ki, klubumuz turnirdə 7 idman növündə 20 idmançı ilə təmsil olunur.