“Neftçi” İdman Klubunun paracüdoçusu İlham Zəkiyev (J1, +90 kq) Almaniyanın Heydelberq şəhərində keçirilən reytinq xarakterli turnirin mükafatına layiq görülüb. Paralimpiyaçımız yarışın bürünc medalı ilə kifayətlənib və fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, daha əvvəl klubumuzun digər paracüdoçusu Vüqar Şirinli (J2, 60 kq) turnirdə gümüş medal qazanmışdı.