Bu gün Serbiyada keçirilən parataekvondo üzrə Avropa çempionatının üçüncü günündə “Neftçi” İdman Klubunun 70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçisi İmaməddin Xəlilov böyük uğura imza atıb. Həlledici final qarşılaşmasında türkiyəli rəqibini məğlub edən paralimpiyaçımız ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, parataekvondoçumuz ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.